Təmirin A-dan Z-yə hər işi – Bizimlə ümumi təmir xidmətləri
Evdə ya obyektində təmir başlayanda, ilk görülən işlər ümumi təmir işləridir də, yəni təməl burdan qoyulur. Bu işlərdə əsas məsələ ustanın əlinin səliqəli olması, yaxşı material seçilməsi və hər şeyə diqqətlə yanaşmaqdır. Bizim təcrübəli ustalarımız işlərini elə görür ki, təmiriniz həm möhkəm olsun, həm də gözə xoş gəlsin.
-
Divar və tavanın rənglənməsi – Adi bir boya ilə də yer tamam dəyişə bilər. Zövqünüzə uyğun rənglərlə, səliqəli işlə divar və tavanlarınızı təzələyirik.
-
Döşəmə və kafel işləri – Döşəmə möhkəm, dümdüz və səliqəli olanda, bütün məkana bir rahatlıq gəlir. Laminat, parket, kafel, metlax – hansı olursa olsun, dəqiqliklə işləyirik.
-
Suvaq və alçıpan işləri – Hər düz divarın arxasında peşəkar əl işi var. Divarların hamarlanması, otaqların bölünməsi, səs keçirməyən arakəsmələr üçün alçıpan işlərində sizə kömək edərik.
Biz təkcə üzünü bəzəmirik işin, təmirin dərinliyinə gedirik, hər xırda detal bizim üçün vacibdir. Məkanınıza dəyər qatmaq istəyirsinizsə, düz gəlmisiniz!