Ev və obyekt tikintisi

Bünövrədən dama qədər – Bizimlə tikinti daha rahatdır

Təzə ev ya obyekt tikmək böyük işdir – yaxşı plan, keyfiyyətli iş və güvən istəyir. Bu işdə biz sizə arxayın ola biləcəyiniz bir köməkçi oluruq. Tikdiyimiz hər bina illərlə sizin xoş günlərinizə, uğurlarınıza, rahatlığınıza şahid olacaq.

  • Həyət evi tikintisi – Sadə, rahat və mehriban həyatın yeri. Sizin istəklərinizə uyğun layihə ilə möhkəm və gözəl həyət evləri tikirik.

  • Villa tikintisi – Geniş, lüks və zövqlü evlər üçün xüsusi yanaşma lazımdır. Villa tikəndə həm işin keyfiyyətinə, həm də evin gözəlliyinə fikir veririk.

  • Bağ evi tikintisi – Təbiətin qoynunda sakit həyat üçün əla seçimdir. Biz bağ evlərini həm rahat, həm də gözoxşayan dizaynla tikirik.

  • Obyekt tikintisi – Mağaza, ofis, restoran və başqa iş yerlərinin peşəkar şəkildə layihəsinin çəkilməsi və tikilməsi. İşiniz üçün möhkəm, müasir və qəşəng binalar yaradırıq.

Bizimlə tikinti işləri başağrısı deyil. Proyektin çəkilməsindən tutmuş, açarı sizə verənə qədər bütün işlərdə yanınızdayıq. Çünki biz təkcə divar hörmürük, sizin gələcəyinizi qururuq.

Təmir paketlərimiz

Standart paket

1 m² – 350 AZN

  • Divarlar mayakla suvanır, astar vurulur və şpatlyovka ilə hamarlanır.
  • Divarlar boya və ya divar kağızı ilə örtülür.
  • Sanitar qovşaq və mətbəxdə mebel arası (fartuk) kafellənir.
  • Alçipanla üzlənir, şpatlyovka çəkilir və boya ilə rənglənir.
  • Künclərə poliuretan paduqalar vurulur.
  • Sanitar qovşağın tavanı alçipan materialı ilə üzlənir.
  • Dəhliz, sanitar qovşaq və mətbəxin döşəməsinə metlax döşənir.
  • Otaqlara laqa və dikt vurularaq laminat döşənir.
  • Bütün döşəmə hissələrinə uyğun plintuslar quraşdırılır.
  • Dəhliz və sanitar qovşaqda isti döşəmə sistemi çəkilir.
  • Mənzil daxilində paylayıcı qutu quraşdırılır.
  • Rozetkalar, işıqlandırma, TV və internet xətləri çəkilir.
  • Hər otaqda 3-4 ədəd rozetka quraşdırılır.
  • Mətbəx və sanitar qovşaq üçün su və kanalizasiya xətləri çəkilir.
  • İsti döşəmə boruları çəkilir və radiatorlar quraşdırılır.
  • Döşəmə və divarlar kafel və metlax ilə üzlənir.
  • Unitaz və tülpan quraşdırılır.
  • Suşilka və digər aksesuarlar əlavə olunur.
  • Daxili qapılar quraşdırılır.
  • PVC pəncərə altlıqları quraşdırılır.

🔹 Boya: Azərbaycan istehsalı
🔹 Elektrik naqilləri: Türkiyə istehsalı.
🔹 Laminat metlax: 1 m² – 15-20 AZN.
🔹 Divar kağızı: 1 rulon – 25-30 AZN.
🔹 Sanitar qovşaq aksesuarları: 300 AZN-ə qədər.
🔹 Daxili qapılar: 250-300 AZN.

Komfort paket

1 m² – 450 AZN

  • Divarlar mayakla suvanır və 2 qat şpatlyovka vurulur.
  • Dekorativ boya və ya keyfiyyətli divar kağızı ilə üzlənir.
  • Sanitar qovşaq və mətbəxdə keramoqranit istifadə olunur.
  • Alçipan fiqurlu tavan dizaynı hazırlanır.
  • LED işıqlandırma və spot sistemləri quraşdırılır.
  • Otaqlara parket və ya yüksək keyfiyyətli laminat döşənir.
  • Dəhliz, sanitar qovşaq və mətbəxə keramoqranit döşənir.
  • MDF plintuslar quraşdırılır.
  • Dəhliz, sanitar qovşaq və mətbəxdə quraşdırılır.
  • Mənzil daxilində paylayıcı qutu quraşdırılır.
  • Rozetkalar, işıqlandırma, TV və internet xətləri çəkilir.
  • Spot işıqlar, LED gizli işıqlandırma və müasir rozetkalar.
  • Kombi sistemi və istilik xətləri çəkilir.
  • Su və kanalizasiya boruları yenilənir.
  • Keramoqranit döşənir.
  • Keyfiyyətli unitaz, moydadır və duş kabin quraşdırılır.
  • Keyfiyyətli MDF daxili qapılar.
  • Mərmər pəncərə altlıqları.

🔹 Boya: Tikkurila (Premium keyfiyyət).
🔹 Elektrik materialları: Almaniya və ya Türkiyə
🔹 Parket laminat: 1 m² – 30-40 AZN.
🔹 Divar kağızı: 1 rulon – 40-50 AZN.
🔹 Sanitar qovşaq aksesuarları: 500 AZN-ə qədər.
🔹 Daxili qapılar: 350-400 AZN.

Lüks paket

1 m² – 600 AZN

  • 3 qat şpatlyovka və xüsusi dekorativ boya ilə işlənir.
  • Premium divar kağızı və ya panel dekoru istifadə olunur.
  • Alçipan fiqurlu dizayn, LED və gizli işıqlandırma.
  • Ekstravaqant dizayn tavan modelləri.
  • Təbii parket və ya premium keramoqranit döşənir.
  • MDF plintuslar quraşdırılır.
  • Mənzilin bütün döşəməsinə quraşdırılır.
  • Mənzil daxilində paylayıcı qutu quraşdırılır.
  • Premium rozetkalar, premium işıqlandırma, TV, internet (fiber, lan) xətləri çəkilir.
  • Spot işıqlar, LED gizli işıqlandırma.
  • Kombi və istilik sistemi tam yenilənir.
  • Yüksək keyfiyyətli İtaliya istehsalı aksesuarlar.
  • Keramoqranit döşənir.
  • Premium duş kabin və ya vanna quraşdırılır.
  • Asma tavan quraşdırılır.
  • Eksklüziv dizayn daxili qapılar və mərmər pəncərə altlıqları.

🔹 Boya: Tikkurila və ya İtaliya istehsalı premium boyalar.
🔹 Elektrik materialları: Almaniya və ya Türkiyə
🔹 Parket keramoqranit: 1 m² – 50 AZN-ə qədər.
🔹 Divar kağızı: 1 rulon – 50-60 AZN.
🔹 Sanitar qovşaq aksesuarları: 700 AZN-ə qədər.
🔹 Daxili qapılar: 500 AZN-ə qədər.