Kondisioner və isitmə sistemləri

Evinizdə havanı bizə həvalə edin – Kondisioner və istilik sistemləri üzrə peşəkar xidmət

İstidə yanıb, soyuqda donmayın – biz hər cür havaya uyğun həllər təklif edirik. Kondisioner, kombi, havalandırma sistemləri düzgün, keyfiyyətli qurulanda həm rahat olursan, həm də işığa, qaza qənaət edirsən. Bu işləri bizə etibar edin, qoy rahatlığınız həmişə yerində olsun.

  • Kondisioner quraşdırılması və təmiri Kondisionerin düzgün qurulması onun uzun müddət və yaxşı işləməsi üçün vacibdir. Peşəkar komandamız təzə sistemləri yerində və qaydasında quraşdırır, həmçinin hər hansı bir nasazlığı tez bir zamanda aradan qaldırır.

  • Kombi və radiator quraşdırılması Soyuq aylarda evinizin istilik sistemi saz vəziyyətdə olmalıdır. Biz müasir kombi və radiator sistemlərini quraşdırırıq və nizamlayırıq – həm təhlükəsiz, həm də qənaətli şəkildə.

  • Havalandırma sistemlərinin yoxlanılması və təmiri Təmiz və daim dəyişən hava sağlamlıq üçün vacibdir. Havalandırma sistemlərinizin vəziyyətini yoxlayır, lazım gələrsə, təmir və servis işlərini görürük.

Rahatlığınız üçün havanı bizə tapşırın! İstər yayın cırhacırında, istər qışın şaxtasında, evinizdə, iş yerinizdə lazım olan havanı yaratmaq bizim işimizdir.

Təmir paketlərimiz

Standart paket

1 m² – 350 AZN

  • Divarlar mayakla suvanır, astar vurulur və şpatlyovka ilə hamarlanır.
  • Divarlar boya və ya divar kağızı ilə örtülür.
  • Sanitar qovşaq və mətbəxdə mebel arası (fartuk) kafellənir.
  • Alçipanla üzlənir, şpatlyovka çəkilir və boya ilə rənglənir.
  • Künclərə poliuretan paduqalar vurulur.
  • Sanitar qovşağın tavanı alçipan materialı ilə üzlənir.
  • Dəhliz, sanitar qovşaq və mətbəxin döşəməsinə metlax döşənir.
  • Otaqlara laqa və dikt vurularaq laminat döşənir.
  • Bütün döşəmə hissələrinə uyğun plintuslar quraşdırılır.
  • Dəhliz və sanitar qovşaqda isti döşəmə sistemi çəkilir.
  • Mənzil daxilində paylayıcı qutu quraşdırılır.
  • Rozetkalar, işıqlandırma, TV və internet xətləri çəkilir.
  • Hər otaqda 3-4 ədəd rozetka quraşdırılır.
  • Mətbəx və sanitar qovşaq üçün su və kanalizasiya xətləri çəkilir.
  • İsti döşəmə boruları çəkilir və radiatorlar quraşdırılır.
  • Döşəmə və divarlar kafel və metlax ilə üzlənir.
  • Unitaz və tülpan quraşdırılır.
  • Suşilka və digər aksesuarlar əlavə olunur.
  • Daxili qapılar quraşdırılır.
  • PVC pəncərə altlıqları quraşdırılır.

🔹 Boya: Azərbaycan istehsalı
🔹 Elektrik naqilləri: Türkiyə istehsalı.
🔹 Laminat metlax: 1 m² – 15-20 AZN.
🔹 Divar kağızı: 1 rulon – 25-30 AZN.
🔹 Sanitar qovşaq aksesuarları: 300 AZN-ə qədər.
🔹 Daxili qapılar: 250-300 AZN.

Komfort paket

1 m² – 450 AZN

  • Divarlar mayakla suvanır və 2 qat şpatlyovka vurulur.
  • Dekorativ boya və ya keyfiyyətli divar kağızı ilə üzlənir.
  • Sanitar qovşaq və mətbəxdə keramoqranit istifadə olunur.
  • Alçipan fiqurlu tavan dizaynı hazırlanır.
  • LED işıqlandırma və spot sistemləri quraşdırılır.
  • Otaqlara parket və ya yüksək keyfiyyətli laminat döşənir.
  • Dəhliz, sanitar qovşaq və mətbəxə keramoqranit döşənir.
  • MDF plintuslar quraşdırılır.
  • Dəhliz, sanitar qovşaq və mətbəxdə quraşdırılır.
  • Mənzil daxilində paylayıcı qutu quraşdırılır.
  • Rozetkalar, işıqlandırma, TV və internet xətləri çəkilir.
  • Spot işıqlar, LED gizli işıqlandırma və müasir rozetkalar.
  • Kombi sistemi və istilik xətləri çəkilir.
  • Su və kanalizasiya boruları yenilənir.
  • Keramoqranit döşənir.
  • Keyfiyyətli unitaz, moydadır və duş kabin quraşdırılır.
  • Keyfiyyətli MDF daxili qapılar.
  • Mərmər pəncərə altlıqları.

🔹 Boya: Tikkurila (Premium keyfiyyət).
🔹 Elektrik materialları: Almaniya və ya Türkiyə
🔹 Parket laminat: 1 m² – 30-40 AZN.
🔹 Divar kağızı: 1 rulon – 40-50 AZN.
🔹 Sanitar qovşaq aksesuarları: 500 AZN-ə qədər.
🔹 Daxili qapılar: 350-400 AZN.

Lüks paket

1 m² – 600 AZN

  • 3 qat şpatlyovka və xüsusi dekorativ boya ilə işlənir.
  • Premium divar kağızı və ya panel dekoru istifadə olunur.
  • Alçipan fiqurlu dizayn, LED və gizli işıqlandırma.
  • Ekstravaqant dizayn tavan modelləri.
  • Təbii parket və ya premium keramoqranit döşənir.
  • MDF plintuslar quraşdırılır.
  • Mənzilin bütün döşəməsinə quraşdırılır.
  • Mənzil daxilində paylayıcı qutu quraşdırılır.
  • Premium rozetkalar, premium işıqlandırma, TV, internet (fiber, lan) xətləri çəkilir.
  • Spot işıqlar, LED gizli işıqlandırma.
  • Kombi və istilik sistemi tam yenilənir.
  • Yüksək keyfiyyətli İtaliya istehsalı aksesuarlar.
  • Keramoqranit döşənir.
  • Premium duş kabin və ya vanna quraşdırılır.
  • Asma tavan quraşdırılır.
  • Eksklüziv dizayn daxili qapılar və mərmər pəncərə altlıqları.

🔹 Boya: Tikkurila və ya İtaliya istehsalı premium boyalar.
🔹 Elektrik materialları: Almaniya və ya Türkiyə
🔹 Parket keramoqranit: 1 m² – 50 AZN-ə qədər.
🔹 Divar kağızı: 1 rulon – 50-60 AZN.
🔹 Sanitar qovşaq aksesuarları: 700 AZN-ə qədər.
🔹 Daxili qapılar: 500 AZN-ə qədər.