“Usta əli, təhlükəsiz işıq – Elektrik işlərində bizə güvənin”
İndiki evlərin, obyektlərin canı elə bil elektrik sistemidir. Ən xırda problem də həm təhlükəlidir, həm də gündəlik işləri axsada bilər. Biz elektrik işlərini həm təhlükəsiz, həm də keyfiyyətli görməyə çalışırıq, özü də peşəkar səviyyədə. Təcrübəli ustalarımız işləri vaxtında, səliqəli və zəmanətlə görürlər.
-
Elektrik naqillərinin çəkilməsi və dəyişdirilməsi – Köhnəlmiş və ya standarta uyğun olmayan naqillər çox təhlükəlidir. Təzə tikililərdə düzgün elektrik xətti çəkirik, köhnə sistemləri isə təhlükəsiz şəkildə yeniləyirik.
-
Lüstür, rozetka və açar quraşdırılması – Gözəl işıqlandırma və düzgün yerdə olan rozetkalar həm rahatlıq, həm də səliqəli görünüş üçün vacibdir. Evinizin içinə uyğun olaraq quraşdırma işlərini dəqiqliklə edirik.
-
Elektrik panel və qoruyucuların yenilənməsi – Çox yüklənmiş və ya köhnə qalxanlar (şit) ciddi problem yarada bilər. Mütəxəssislərimiz müasir qoruyucu sistemlər və enerjiyə qənaət edən panellərlə sizin üçün təhlükəsiz və rahat elektrik idarəetməsi qurur.
Bizimlə elektrik işləri qorxulu deyil – təhlükəsiz, güvənli və illərlə işləyəcək həllər bizdədir. İşıqlı və arxayın yaşamaq üçün bizə zəng edin!