Santexnik ustası

Gözəgörünməz problemlərə usta əli – Bizimlə santexnika işləri qaydasında

Hər yaxşı təmirin, tikintinin arxasında gözə görünməyən, amma vacib iş görənlər var – məsələn, peşəkar santexniklər. Biz su və kanalizasiya işlərində ən xırda detala qədər hər şeyi dəqiqliklə görən santexnik ustaları ilə işləyirik. İşimizdə əsas məsələ etibarlı, səliqəli və uzunömürlü olmasıdır.

  • Su borularının çəkilməsi və təmiri – Evdə ya iş yerində su sistemi düzgün qurulmayıbsa, problem gec-tez çıxacaq. Biz təzə su xətlərini qaydalara uyğun çəkirik, köhnə sistemlərdəki problemləri isə tez bir zamanda həll edirik.

  • Krant, unitaz və çanaq quraşdırılması – Təmizlik və rahatlıq üçün vacib olan bu şeylər düzgün quraşdırılmasa, əlavə xərcə və əziyyətə səbəb ola bilər. Təcrübəli ustalarımız həm görünüş, həm də işləklik baxımından əla nəticə təmin edir.

  • Kanalizasiya və su sızmalarının aradan qaldırılması – Vaxtında düzəldilməsə, kiçik sızma böyük ziyan vura bilər. Sızmanın səbəbini dəqiq tapır, müasir alətlərlə problemi kökündən həll edirik.

Biz sizə təkcə usta yox, problemi gözündən tanıyan, işini təmiz və güvənli görən peşəkar yardım təklif edirik. Qoy su öz yolunu tapsın, siz də rahat nəfəs alın!

Təmir paketlərimiz

Standart paket

1 m² – 350 AZN

  • Divarlar mayakla suvanır, astar vurulur və şpatlyovka ilə hamarlanır.
  • Divarlar boya və ya divar kağızı ilə örtülür.
  • Sanitar qovşaq və mətbəxdə mebel arası (fartuk) kafellənir.
  • Alçipanla üzlənir, şpatlyovka çəkilir və boya ilə rənglənir.
  • Künclərə poliuretan paduqalar vurulur.
  • Sanitar qovşağın tavanı alçipan materialı ilə üzlənir.
  • Dəhliz, sanitar qovşaq və mətbəxin döşəməsinə metlax döşənir.
  • Otaqlara laqa və dikt vurularaq laminat döşənir.
  • Bütün döşəmə hissələrinə uyğun plintuslar quraşdırılır.
  • Dəhliz və sanitar qovşaqda isti döşəmə sistemi çəkilir.
  • Mənzil daxilində paylayıcı qutu quraşdırılır.
  • Rozetkalar, işıqlandırma, TV və internet xətləri çəkilir.
  • Hər otaqda 3-4 ədəd rozetka quraşdırılır.
  • Mətbəx və sanitar qovşaq üçün su və kanalizasiya xətləri çəkilir.
  • İsti döşəmə boruları çəkilir və radiatorlar quraşdırılır.
  • Döşəmə və divarlar kafel və metlax ilə üzlənir.
  • Unitaz və tülpan quraşdırılır.
  • Suşilka və digər aksesuarlar əlavə olunur.
  • Daxili qapılar quraşdırılır.
  • PVC pəncərə altlıqları quraşdırılır.

🔹 Boya: Azərbaycan istehsalı
🔹 Elektrik naqilləri: Türkiyə istehsalı.
🔹 Laminat metlax: 1 m² – 15-20 AZN.
🔹 Divar kağızı: 1 rulon – 25-30 AZN.
🔹 Sanitar qovşaq aksesuarları: 300 AZN-ə qədər.
🔹 Daxili qapılar: 250-300 AZN.

Komfort paket

1 m² – 450 AZN

  • Divarlar mayakla suvanır və 2 qat şpatlyovka vurulur.
  • Dekorativ boya və ya keyfiyyətli divar kağızı ilə üzlənir.
  • Sanitar qovşaq və mətbəxdə keramoqranit istifadə olunur.
  • Alçipan fiqurlu tavan dizaynı hazırlanır.
  • LED işıqlandırma və spot sistemləri quraşdırılır.
  • Otaqlara parket və ya yüksək keyfiyyətli laminat döşənir.
  • Dəhliz, sanitar qovşaq və mətbəxə keramoqranit döşənir.
  • MDF plintuslar quraşdırılır.
  • Dəhliz, sanitar qovşaq və mətbəxdə quraşdırılır.
  • Mənzil daxilində paylayıcı qutu quraşdırılır.
  • Rozetkalar, işıqlandırma, TV və internet xətləri çəkilir.
  • Spot işıqlar, LED gizli işıqlandırma və müasir rozetkalar.
  • Kombi sistemi və istilik xətləri çəkilir.
  • Su və kanalizasiya boruları yenilənir.
  • Keramoqranit döşənir.
  • Keyfiyyətli unitaz, moydadır və duş kabin quraşdırılır.
  • Keyfiyyətli MDF daxili qapılar.
  • Mərmər pəncərə altlıqları.

🔹 Boya: Tikkurila (Premium keyfiyyət).
🔹 Elektrik materialları: Almaniya və ya Türkiyə
🔹 Parket laminat: 1 m² – 30-40 AZN.
🔹 Divar kağızı: 1 rulon – 40-50 AZN.
🔹 Sanitar qovşaq aksesuarları: 500 AZN-ə qədər.
🔹 Daxili qapılar: 350-400 AZN.

Lüks paket

1 m² – 600 AZN

  • 3 qat şpatlyovka və xüsusi dekorativ boya ilə işlənir.
  • Premium divar kağızı və ya panel dekoru istifadə olunur.
  • Alçipan fiqurlu dizayn, LED və gizli işıqlandırma.
  • Ekstravaqant dizayn tavan modelləri.
  • Təbii parket və ya premium keramoqranit döşənir.
  • MDF plintuslar quraşdırılır.
  • Mənzilin bütün döşəməsinə quraşdırılır.
  • Mənzil daxilində paylayıcı qutu quraşdırılır.
  • Premium rozetkalar, premium işıqlandırma, TV, internet (fiber, lan) xətləri çəkilir.
  • Spot işıqlar, LED gizli işıqlandırma.
  • Kombi və istilik sistemi tam yenilənir.
  • Yüksək keyfiyyətli İtaliya istehsalı aksesuarlar.
  • Keramoqranit döşənir.
  • Premium duş kabin və ya vanna quraşdırılır.
  • Asma tavan quraşdırılır.
  • Eksklüziv dizayn daxili qapılar və mərmər pəncərə altlıqları.

🔹 Boya: Tikkurila və ya İtaliya istehsalı premium boyalar.
🔹 Elektrik materialları: Almaniya və ya Türkiyə
🔹 Parket keramoqranit: 1 m² – 50 AZN-ə qədər.
🔹 Divar kağızı: 1 rulon – 50-60 AZN.
🔹 Sanitar qovşaq aksesuarları: 700 AZN-ə qədər.
🔹 Daxili qapılar: 500 AZN-ə qədər.